Yeni Zelandiyada bayraq mübahisəsi

23 Sentyabr 2014 11:28 (UTC+04:00)
Yeni Zelandiyada şənbə günü təşkil edilən seçkilərdə yenidən iqtidara gələn Baş nazir Con Key, ölkənin bayrağından Birləşmiş Krallıq gerbinin çıxarılması üçün referendum edəcəklərini açıqlayıb. Movqe.az xəbər verir ki, 2015-ci ildə mövzunu rəsmi şəkildə gündəmə gətirəcəklərini söyləyən Key, daha əvvəl, qara zəmin üzərinə gümüş qıjı olan bayraq istədiklərini bildirmişdi.