Sabah yağış yağacaq

23 Sentyabr 2014 14:35 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında sentyabrın 24-də havanın gecə və səhər dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,  gecəyə doğru bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Güclü cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında sentyabrın 24-də gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağış intensivləşəcək. Qərb rayonlarında dolu düşəcək. Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 20-26 dərəcə isti olacağı gözlənilir.


Sentyabrın 23-ü axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.