Pivə dadında kofe

23 Sentyabr 2014 17:36 (UTC+04:00)

Starbucks, pivə dadı verən yeni kofe qarışığını test ermək məqsədiylə sevənlərinə təqdim edib. Dünyanın ən böyük kofe istehsalçısı Starbuksdan pivə sevənləri sevindirəcək xəbər var. Şirkət, Ohio və Floridadakı mağazalarında pivə dadında lattesini test edir. Movqe.az xəbər verir ki, şirkətdən bir səlahiyyətli, Lattenin içində spirtin olmadığını, pivə dadı verən tünd şokolad sousu, krem və bir az karamel olduğunu açıqlayıb. 


Səlahiyyətli yaxın zamanda mağazalarda bu məhsulun satılıb-satılmayacağına dair şərh verməyib. Starbuks sevənlərinə daha əvvəl də fərqli dadda qəhvə təcrübələri yaşatmıştı.