Qütb işıqlarının rəqsi

16 İyul 2012 16:05 (UTC+04:00)
Movqe.Az "Euronews"a istinadən bildirir ki, Qütb işıqları səmada bir dəfə də seyrinə doyulmaz mənzərələr yaradıb.

Keçdiyimiz həftə günəşdə meydana gələn partlayışlardan sonra ortaya çıxan yüklü hissəciklər atmosferlə birləşərək bir-birindən rəngli işıqlar meydana gətirib.

Bu təbii nümayişləri Kanada və Amerika Birləşmiş Ştatlarının şimal əyalətlərindən izləmək mümkün olub.