İngilis səfir erməniləri məyus etdi

23 Sentyabr 2014 18:24 (UTC+04:00)

Şotlandiyada sentyabrın 18-də keçirilən referendum Dağlıq Qarabağ və digər münaqişələr üçün presedent ola bilməz, çünki hər bir hal ayrıca müzakirə edilməlidir.Musavat.com-un məlumatına görə, bu fikri Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç bildirib.Diplomat belə bir məqama xüsusi diqqət yönəldib ki, Şotlandiyadakı referendumu uğurlu saymaq olar, çünki tərəflərin hamısı nə cür olmasından asılı olmayaraq onun nəticələrini qəbul eləməyə hazır olub, referendum üçün hüquqi maneə olmayıb. Xatırladaq ki, referendum zamanı elektoratın 58,5%-i Şotlandiyanın Böyük Britaniya krallığı tərkibində qalmasına, 41,5%-i isə əleyhinə səs verib.