Afrika Birliyinə ilk qadın prezident

16 İyul 2012 18:50 (UTC+04:00)
Movqe.Az "Euronews"a istinadən bildirir ki, Afrika Birliyinin 54 üzvü, Efiopiyadakı zirvə görüşü zamanı təşkil edilən seçkilərdə yeni başçılarını təyin edib. Birliyin köhnə başçısı Qabonlu Cin Pinqi geridə qoyan Cənubi Afrikalı Nkosazana Dlamini-Zuma bu vəzifəyə seçilən ilk qadın olub. Cənubi Afrika Dövlət Başçısı Cakob Zumanın keçmiş həyat yoldaşı Dlamini-Zuma ölkəsində hələ də Daxili İşlər Nazirliyi vəzifəsini icra edir.