Tovuz sakini qayadan yıxılaraq ölüb

24 Sentyabr 2014 14:35 (UTC+04:00)

Tovuz rayonunda bədbəxt hadisə baş verib. Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 22-də Tovuz rayonunun Qaradaş kəndində qeydə alınıb. Rayon sakini Zirəddin Əsədov qayadan yıxılaraq dünyasını dəyişib.