Masallı rayonunun Qızılağac kəndində doğulub – Həştərxanın fəxri vətəndaşı seçilib...

24 Sentyabr 2014 11:00 (UTC+04:00)

Bu yaxınlarda xoş xəbər almışıq. Ümumrusiya Azərbaycanlılar  Konqresinin Həştərxan vilayəti üzrə rəhbəri Ədalət Hüseynov  Həştərxan şəhərinin fəxri vətəndaşı seçilib.


Ədalət Abuş oğlu Hüseynov əslən Qızılağac kəndindəndir. Masallıda komsomol, mətbuat fəalı, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olmuşdur. O, ömrünün istirahət dövründə də fəallığından əl çəkmir. Heydər Əliyev ideyalarının, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı xarici və daxili dövlət siyasətini uğurla həyata keçirir, həştərxanlı həmvətənlərimiz və gənclər arasında geniş təbliğ edir.


RF Murmansk Vilayət İctimai Palatasının üzvü, Ümumrusiya Azərbaycanlılar  Konqresinin Murmansk vilayəti üzrə sədri Arif Hüseynov redaksiyamızla əlaqəsində bütün masallıları təbrik etdi. Dedi ki, bu təkcə qızılağaclı Ədalət müəllimin deyli, Rusiyada yaşayan bütün azərbaycanlıların uğurudur. Bütün Masallı ictimaiyyətini təbrik edirəm. Ədalət müəllim tanınmış fəal diaspor rəhbəridir. Ə.Hüseynovun uğuruna hamımız ürəkdən, qəlbən sevinirik.


Təbrik edirik, Ədalət müəllim!