Rəhman Rəhmanov oğlu haqda: “Pis vərdişləri qalmayıb”
24 Sentyabr 2014 16:35 (UTC+04:00)
Aktyor Rəhman Rəhmanov bir vaxtlar narkotik aludəçisi olan
oğlundan danışıb.
Axşam.az-ın məlumatına görə, "Gündəlik" verilişinin qonağı olan
aktyor oğlunun pis vərdişlərini tərgitdiyini bildirib. O, aparıcı
Mətanət Əliverdiyevanın "Oğlunuzun pis vərdişləri var idi. İndi
necə oldu" sualına belə cavab verib:
"Allaha şükür, hər şey yaxşıdır. Heç bir pis vərdişi qalmayıb.
Oğlum sağaldı. Hər şey əladır artıq. İnanıram ki, bundan sonra da
yaxşı olacaq".
Qeyd edək ki, aktyorun oğlu Emil Rəhmanov 2008-ci ilin yanvarında
saxlanılmışdı və Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə 6 il
həbs cəzası almışdı. Həmçinin, Ağır Cinayətlərə Dair İşlər üzrə
Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnmişdi. O, eyni
zamanda, narkotikdən istifadə edirmiş.