Cennifer Lopez qovuldu

16 İyul 2012 15:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Məşhur müğənni Cennifer Lopez  yeni səslərin kəşf edildiyi "American Idol" adlı yarışmadakı jürilik vəzifəsini itirib.

ABŞ-ın "Fox" kanalı, yeni mövsüm üçün 17 milyon dollar istəyən Lopezi münsiflikdən çıxarıb.

42 yaşlı Lopez, ilk mövsümdə 12 milyon dollar, keçən mövsüm 15 milyon dollar alıb. Lopezlə birlikdə münsiflər heyətində iştirak edən amerikalı rokçu Steven Taylerin də yeni mövsümdə proqrama daxil olmayacağı bildirilib.