"Ailəli qadın da bu qədər whatsappda olar ?!" - xalq artisti

24 Sentyabr 2014 16:59 (UTC+04:00)
Xalq artisti Məleykə Əsədova bütün günlərini internetdə keçirən xanımları sərt tənqid edib. Mövqe.az xəbər verir ki, belə qadınları başa düşməyən aktrisa "Düzünü desək" verlişində bu barədə belə açıqlama verib: Mən aktrisayam amma heç mənə bu qədər mesaj, zəng gəlmir. Amma evdə oturan xanımlardan bəziləri internetdə səhərdən-axşama kimi otururlar, kimlərnənsə danışırlar. Belə olmaz vallah. Ailəli qadın da bu qədər facebookda, whatsappda, instagramda olar?! Bu cür şeylər istər qadını, istər kişini ailədən uzaqlaşdırır".