Arxivdən yeni nasist sənədləri tapılıb

16 İyul 2012 17:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Almaniyada 2000-2007 illəri arasında 8-i türk vətəndaşı olan 10nəfəri öldürməkdə təqsirləndirilən həddindən artıq sağçı "Yeraltı nasiososialist" adlı terror şəbəkəsiylə əlaqədar yeni fayllar aşkarlanıb. Thüringen əyaləti kriminal dairəsinin arxivində olan 20 faylda minlərlə sənədin yer aldığı qeyd edilib. Sənədlərdə cinayət şübhəliləri haqqında icra edilən istintaq ilə əlaqədar detalların olduğu, bu sənədlərin Federal Cinayət Dairəsində və məclis araşdırma komissiyasında olmadığı ifadə edilib.