İnsanlar tezliklə daha çox yaşaya biləcəklər

25 Sentyabr 2014 09:01 (UTC+04:00)

Alim Devid Sinkler son iyirmi ildə insana öz sağlamlığını və gözəlliyini saxlamaqda kömək edən müxtəlif metodların axtarışları ilə məşğul olub.

Onun tədqiqatlarının əsasını resveratrol molekulu təşkil edib. Alimlər on il əvvəl molekulu üzümdə aşkar ediblər və siçanlar üzərində təcrübələr keçiriblər. O vaxt mütəxəssislər onun ömrün uzunluğuna təsirini sübut edə biliblər. Bu cür müsbət təsir təkcə sağlam siçanlara yox, həmçinin kök siçanlara da müsbət təsir göstərib.

Beləliklə, Devid Sinkler bu tədqiqata əsaslanaraq eksperimenti öz üzərində keçirmək qərarına gəlib. O, son on ildə sözügedən molekulun təsirini özünün və valideynlərinin üzərində yoxlayır.

Tədqiqatçı və onun yetmiş yaşlı valideynləri özlərinin sağlam və gümrah olduqlarını qeyd edir və bunu molekulun müsbət effektləri ilə izah edirlər.

Indi alim resveratrolun testdən keçirilməsinin yeni səviyyəsinə keçib. O, bunu qocalmaqda olan siçanların müalicəsində istifadə etmək qərarına gəlib. Hələlik işlər tədqiqat səviyyəsindədir. Ancaq bu, Sinklerin çox tezliklə insanların daha çox yaşaması və sağlam olmasını elan etməsinə mane olmur.