Nə üçün insan səs yazısında öz səsini tanımır?

25 Sentyabr 2014 09:29 (UTC+04:00)

Adi şəraitdə insanın öz səsi ona iki yolla çatır: hava ilə (başqa adamların səsi və ümumiyyətlə, bütün xarici səslər kimi) və bədənin toxumaları, hər şeydən əvvəl isə sümüklər vasitəsilə. Bu mühitlərdəki müxtəlif sürətlərdən asılı olaraq eyni səs müxtəlif tembrlər əldə edir. Belə olan halda biz "hava" və "sümük" səs tembrlərinin verdiyi səsi eşidirik. Səs yazısını dinləyən zaman isə yalnız "hava" səsini eşitmək mümkün olur.