Baş həkimin müavini özünü asdı

25 Sentyabr 2014 11:32 (UTC+04:00)
Bakıda yerləşən xəstəxanada faciə olub. Nizami rayonu ərazisində yerləşən "Xəzər" klinikasında baş həkimin müavini özünü iş otağının qapısından iplə asıb. 


Movqe.az xəbər verir ki, Nizami Rayon Prokurorluğundan Milli.Az-a bildirilib ki, Qara Qarayev küçəsi 69 ünvanında yerləşən "Xəzər" klinikasının baş həkiminin müavini Nəbiolla Heydərli iş otağının qapısının çərçivəsindən iplə asılmış vəziyyətdə aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbini öyrənməyə çalışırıq.