Güclü külək Cəlilabadda fəsadlar törədib

25 Sentyabr 2014 18:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə,  rayonun əsasən enerji təsərrüfatına ziyan dəyib. Belə ki, küləyin təsirindən işıq dirəkləri aşdığı üçün bir çox kəndlərə, o cümlədən Muğan, Maşlıq və Söyüdlü kəndlərinə verilən elektrik enerjisi dünən axşamdan kəsilib. 


Aidiyyəti orqanlar fəsadları aradan qaldırmağa çalışır.