Daha bir gənc intihar elədi

26 Sentyabr 2014 11:57 (UTC+04:00)

Beyləqanda intihar baş verib

Ötən gecə Beyləqanda 20 yaşlı gənc özünü asıb. Rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.


Kənd sakini 1994-cü il təvəllüdlü Sədi Xəlil oğlu İsmayılovovun asılmış meyidi həyətdə tapılıb. Araşdırmalar zamanı məlum olub ki, gənc intihar edib.


Beyləqan rayon prokurorunun böyük köməkçisi Rəfail Şahbələdovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə saat 23:00 radələrində qeydə alınıb. Onun ailəsilə birlikdə yuaşadığı bildirilir. Fəhlə işləyən Sədi İsmayılovun ciddi bir problemi olmayıb. Onun səhhətilə də baxlı hansısa şikayəti qeydə alınmayıb.


Hazırda hadisə yeri və intihar edən gəncin yaxın ətrafı araşdırılır. Araşdırmalardan sonra baş verən intiharın səbəbləri məlum olacaq.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.