Nazir: "Bu yay 2,3 ulduzlu otellərdə qiymət və xidmət tarazlığı olub"

26 Sentyabr 2014 12:49 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. 


O bildirib ki, bu yay xüsusilə bölgələrdə 2, 3 ulduzlu otellərin fəaliyyətinə uyğun olaraq qiymət və xidmət tarazlığı müşahidə olunub: "Bu bizi sevindirir. Proses davam edəcək və biz bununla qane olmaq istəmirik". 


Nazir həmçinin bildirib ki, Azərbaycan artıq dünya turizm bazarında özünə xas yer tutur: "Məqsədimiz oktyabrın 1-də Səmərqənddə İcrayə Komitəsinin iclasında Azərbaycanın mövqeyinin qorunması və bu beynəlxalq layihələrdə iştirakını genişləndirməkdir. Azərbaycan dünya turizm bazarında kiçik də olsa öz yerini formalaşdırmaqdadır".