Danimarka İŞİD-ə qarşı hərbi təyyarələr göndərdi

26 Sentyabr 2014 19:09 (UTC+04:00)

 İŞİD-ə qarşı mübarizəyə dəstək verəcək ölkələrə yenisi əlavə olunub. 

Danimarka hökuməti, İŞİD-ə qarşı İraqda başladılan əməliyyatlara 7 ədəd F-16 təyyarəsiylə dəstək verəcəyini açıqlayıb. 


Danimarka, İraqda İŞİD-ə qarşı əməliyyat həyata keçirən ABŞ liderliyindəki koalisiyaya 7 ədəd təyyarəsiylə qatılacağını bildirib.