Meyvəyə oxşayan müəmmalı canlılar

27 Sentyabr 2014 09:45 (UTC+04:00)

Bu yaxınlarda aşkar edilmiş daşlaşmış heyvan qalığı ilk baxışdan narın yarısına bənzəyir. Bununla belə, tədqiqatçılar müəyyən ediblər ki, bu, yaşı 600 milyon il olan heyvanın qalıqlarıdır.

Daşlaşmış qalıqlar heyvanların növlərinin kəskin şəkildə artdığı Kembric partlayışı dövrünə aiddir və elmə məlum olan mürəkkəb çoxhüceyrəli heyvanların ən qədimi hesab olunur. Onlar Çinin cənubunda Douşanto formasiyası ərazisində aşkar edilib.

Beləliklə, bu qeyri-adi məxluqların planetimizdə ilk dinozavrların yaranmasından 370 milyon il, eləcə də ilk yerüstü bitkilərin əmələ gəlməsindən 180 milyon il və bizim qədim əcdadlarımızın anatomiya baxımından insanabənzər primat kimi təkamül etdiyi 599 milyon il əvvəl (bu zaman Yer landşaftı kəskin şəkildə dəyişmiş və yeni məskunlaşma yerləri yaranmışdır) məskunlaşdığını demək olar.

Bu daşlaşmış qalıqları Çin Elmlər Akademiyasından olan Lei Çen və həmkarları aşkar ediblər. Alimlərin fikrincə, əvvəlki tədqiqatların gedişində onlar bu daşların mövcudluğunu nəzərdən qaçırıblar. Onlar qeyd ediblər ki, kəşf edilmiş çoxhüceyrəli canlılar bakteriyalar, adi birhüceyrəlilər və ya hətta Holozoa (göbələklərə nisbətən heyvanlara daha yaxın olan heyvanlar və bütün digər orqanizmlər belə adlanır) qrupunun nümayəndələri ilə filogenetik yaxınlıq nümayiş etdirmir. Holozoa qrupunun məsaməli birhüceyrəli orqanizmləri əsasən balıq və digər heyvanların parazitlərini özünə birləşdirən kiçik, çox sadə qrupdur.

Tədqiqatçılar 600 milyon il tarixi olan bu qeyri-adi orqanizm-narın öz dövründə nə olduğunu və hansı şəraitdə yaşadığını dəqiq bilmirlər. Orqanizmdə hüceyrələrin müəyyən ayrılma əlamətləri, hüceyrələrin proqramlaşdırılmış ölümü və cinsi hüceyrələrin bölünməsi müəyyən edilib. Bu məlumatlar belə bir fikir yaradır ki, sözügedən canlı bakteriyalarla qohumluq əlaqəsində olmayıb.

Güman edilir ki, tapımış canlılar- sonra inkişaf etməyən erkən heyvanlar qrupu indi mövcud olan Yer sakinlərinin də ümumi əcdadı ola bilməz. Buna baxmayaraq, alimlər gələcəkdə bu meyvəyə bənzəyən canlının həyatın təkamül ağacında hansı yeri tutduğunu müəyyən edəcəklərinə ümidlərini itirmirlər. Ola bilər ki, sonrakı tədqiqatlar birhüceyrəli orqanizmlərin daha mürəkkəb növlərə təkamül etmələri barədə mühüm suallara cavab verməkdə kömək edəcək.