İsrail gənclərə məscidi qadağan etdi

26 Sentyabr 2014 18:55 (UTC+04:00)

İsrailin hüquq-mühafizə orqanları Əl-Əqsa məscidi ilə bağlı müsəlmanların etirazına səbəb olacaq qərar verib.

İsrail hüquq-mühafizə orqanlarının verdiyi açıqlamada Qüds şəhərində yerləşən Əl-Əqsa məscidində yaşı 50-dən aşağı olan müsəlmanların cümə namazı qılmasına qadağa qoyulduğu bildirilir. 


Səbəb kimi isə yaşı az olan müsəlmanların təhlükəsizlik üçün problem yaratdığı göstərilir. Bu barədə Əl-Əqsa məscidinin müdiri Nacih Bəkirat da faktı təsdiqləyib. Onun sözlərinə görə, İsrail polisi tərəfindən Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik baryeri qurulub və gənclərin məscidə girməsinə icazə verilmir. 


Qeyd edək ki, İsrail polisi üç gündür davam edən "Roş a-Şana" bayramı ilə əlaqədar müsəlmanların Əl-Əqsa məscidinə girməsinə yaş həddi qoyub.

(Anspress)