İsmayıllıda ər qısqanclıq zəminində həyat yoldaşını döyüb öldürüb.
Movqe.az publika.az-a istinadən bildirir ki , bu barədə İsmayıllı rayon prokuroru Rahib Seyidov, rayonun Girki kəndində Şöhrət Qarayev həyat yoldaşı Vəliyeva Hilalxan Elçin qızına ölümlə nəticələnən müxtəlif dərəcəli bədən xəsarət yetirib. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsindəCinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəssdən sağlamlığa ağır zərər vurma)maddəsiilə cinayət işi açılıb.
Məlumata görə, Şöhrət Qarayev dostlarından birinin məclisində
qonaq olub və orada spirtli içki qəbul edib. Axşam saatlarında
evinə qayıdan ərin həyat yoldaşı ilə mübahisəsi düşüb. Mübahisənin
qızışması tərəfləri, xüsusən də Şöhrəti özündən çıxarıb. Belə ki,
sərxoş və qəzəbli ər həyat yoldaşını qonşuluqdakı kişiyə baxıb
güldüyü səbəbilə döyməyə başlayıb. Nəticədə, Şöhrət Qarayev həyat
yoldaşı Vəliyeva Hilalxan Elçin qızına müxtəlif dərəcəli bədən
xəsarətləri yetirib. Daha sonra zərərçəkən xəstəxanaya çatdırılıb.
Lakin xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün
olmayıb. Baş nayihələrindən aldığı güclü zərbələr onun ölümünə
gətirib çıxarıb.
Əlavə edək ki, dünyasını dəyişən qadın 5 uşaq anası idi və ən kiçik
övladı 3 həftə əvvəl dünyaya gəlib.