Dünya çempionu oğurluğa görə millidən uzaqlaşdırıldı

27 Sentyabr 2014 21:09 (UTC+04:00)

2010-cu il üzgüçülük üzrə dünya çempionu yaponiyalı  Naoyya Tomita Asiya Oyunlarında videokamera oğurladığına görə yığmanın heyətindən uzaqlaşdırılıb.Movqe.az Trend-ə istinadən xəbər verir ki, insident sentyabrın 25-də baş verib.

Belə ki, müşahidə kameraları yapon üzgüçünün Cənubi Koreya jurnalistinin videokamerasını oğurlayan anını qeydə alıblar.

Yaxın vaxtlarda idmançıya qarşı ittiham irəli sürüləcək. Yaponiya nümayəndə heyətinin rəhbəriTsuyoşi Aoki  baş vermiş hadisəyə görə üzr istəyib: "Bu, ən adi davranış qaydalarının pozulmasıdır".