Azərbaycanda 24 yaşlı gənc ölümün astanasından döndü

28 Sentyabr 2014 10:41 (UTC+04:00)
Masallıda intihara cəhd faktı qeydə alınıb.Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Kalinovka kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlüƏlyar Şakir oğlu Fərəcovözünü yaşadığı evdə asıb. Yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanan Ə.Fərəcov dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Onun intihara cəhd etməsinin səbəbi açıqlanmır.

Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.