9 yaşlı qız təyyarə qəzasından sağ çıxdı

28 Sentyabr 2014 21:05 (UTC+04:00)
ABŞ-da yüngül mühərrikli iki təyyarə toqquşaraq qəza törədib.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, qəza Nyu-Yorkda baş verib. Şənbə günü 27 sentyabr tarixində Nyu-York səmasında iki yüngül mühərrikli təyyarə - "Cessna 172" və təyyarə-amfibiya "SeaRey" toqquşub.

Qəza zamanı 2 nəfər həyatını itirib. Bunlar Cessna 172 təyyarəsinin pilotu və sərnişini olub. Lakin möcüzə nəticəsində digər təyyarə-amfibiya "SeaRey"in pilotu və onun 9 yaşlı qızı qəzadan sağ çıxıblar.

Hadisə barədə digər təfərrüatlar hələ ki, verilməyib.