Ukrayna tanklarını Donetskə göndərir

28 Sentyabr 2014 21:08 (UTC+04:00)

Ukrayna hökuməti Konqoya satmağı planlaşdırdığı 10 ədəd T-64 B tipli tankı ölkənin şərqində terrorla mübarizə əməliyyatlarını icra edən Milli Müdafiə Birliyinə göndərməyi qərara alıb.

Movqe.az Axar.az-a istinadən  xəbər verir ki, Ukrayna Milli Müdafiə Birliyinin komandiri Stefan Poltarak Xarkov şəhərinə səfəri zamanı verdiyi açıqlamada daha öncə imzalanan müqavilə çərçivəsində Konqoya göndəriləcək tankların ölkənin şərqinə gətiriləcəyini açıqlayıb. Poltarak tankların hərbi hazırlılığının yoxlanıldıqdan sonra Donetskə göndəriləcəyini bildirərək terrorla mübarizənin genişləndiriləcəyini qeyd edib:

"Düzdür, razılaşmaya əsasən bu tanklar Konqoya getməli idi. Amma ölkədə buna ehtiyac olduğu təqdirdə burada istifadə olunmalıdır. Buna görə qərara alındı ki, bu tanklar şərqə göndərilsin".