Dağıstanda "terrorçu" ovlayırlar

28 Sentyabr 2014 22:03 (UTC+04:00)

Dağıstanın iki sərhəd rayonunda anti-terror əməliyyatı rejimi elan edilib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, bu haqda respublika operativ qərargahından "İnterfaks"a bildirilib.

Anti-terror əməliyyatı rejimi Kazbek və Qumbetov rayonlarının inzibati ərazisində elan edilib.

"Quldur dəstələlərinin və onların köməkçi iştirakçılarının üzə çıxarılmasına görə operativ tədbirlər aparılır", deyə qərargahdan bildirilir.