Beyons Obamanı dəstəkləyir

17 İyul 2012 12:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, məşhur pop ulduzu Beyons ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamaya ötən aprel ayında yazdığı məktubu bu dəfə ictimaiyyət qarşısında oxuyub. Bununla da Beyons seçki kampaniyasında Barak Obamayı dəstəyini göstərib. Beyons Mişel Obamaya məktub yazmasının səbəbini özünün video kilipində belə izah edib: "Birinci xanıma məktub yazdım, çünki ölkəmiz və bütün dünya qadınları üçün etdiklərindən çox məmnun olduğumu bilməsini istədim''. Xatırladaq ki, Beyons ilə Mişel Obamanın yoldaşlığı Barak Obamanın 2009-cu ilin yanvar ayında and mərasimi keçirdiyi dövrə təsadüf edir. Beyons Obamanın and mərasimindən sonra  keçirilən mərasimdə çıxış etmişdi.