Müğənni Rəqsanə İsmayılova qadın cəza çəkmə müəssisəsində - VİDEO

29 Sentyabr 2014 12:36 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılova qadın cəza çəkmə müəssisəsində konsert verib. Təmənnasız konsert verən müğənni qadın məhbusların ürəyini xoş edib. Həm oxuyub qadınları şənləndirən, həm də ki, ifası ilə onları kövrəldən müğənni özü də göz yaşlarını saxlaya bilməyib. Müğənni açıqlamasında bildirib: " Qoy mənim villalarım, bir neçə avtomobilim olmasın. Amma mənim təmiz ürəyim var. Mənim anam səhərə kimi yatmayıb. 450 nəfər qadın var burada. Mən bütün bunları təmənnasız edirəm. Onun savabı mənə bəs edər".