"Məni bu sevgi yaşadır"- Türkan Şoray

29 Sentyabr 2014 16:10 (UTC+04:00)
Türk kinosunun sultanı Türkan Şoray, təqdimat üzü olduğu "Gönül Kahvesi"nin "Kazasker" şöbəsinin açılışında iştirak edib. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa  5 saat boyunca ancaq sevənlərinə avtoqraf verib. Pərəstişkarlarıyla tək-tək söhbət edib, şəkil çəkdirən aktrisa belə açıqlama verib: " Məni bu sevgi yaşadır". Xoşbəxtliyini dilə gətirən aktrisanın bu addımı media tərəfindən də rəğbətlə qarşılanıb.