Əfqanıstanın Herat əyalətində partlayış baş verib

13 Aprel 2012 20:56 (UTC+04:00)
Məlumatlarlarda bildirilib ki, Əfqanıstanın qərbi Herat əyalətində ən azı doqquz adam törədilən partlayış nəticəsində həlak olub.
Movqe.Az-a "Associated Press"dən gələn xəbərə görə, Hücum insanların məmurları görmək üçün növbəyə yığışdığı Guzara rayonunun hökumət qərargahında hədəfə alınıb. Partlayışın gizli yerlərdən baş verməsindən əvvəl, bombardmançının dörd-təkərli nəqliyyat vasitəsində olduğu açıq-aydın görünüb.
Partlayış zamanı binanın daxilində olan Nasar Əhməd Populun "Associated Press" xəbər agentliyinə verdiyi məlumata görə, "Bombardmançı rayon qərargahına daxil olmağa çalışarkən polis tərəfindən saxlanılıb,lakin sonra birbaşa qapının ağzına partlayıcı maddələri atıb."
Polis bildirib ki," Altı mülki əhali və üç polis həlak olub." Herat əyalətinin baş məmuru Səid Ağa Saqeb Frans Press Agentliyinə bildirib ki, "Nəqliyyat vasitəsində iki nəfər oturub və onlardan biri niqab geyimli olub.
Bombardmançılardan biri hər tərəfi tamamilə darmadağın edərək, bir insanı öldürüb qurtarmadan digərlərində öz əməllərini göstərirdi." Guzara rayonu şəhər aeroportuna yaxın paytaxt Heratdan 10km (6 mil) uzaqlıqda
yerləşir.
NATO Herat əyalətində təhlükəziliyə nəzarəti 2011-ci ilin iyul ayında əfqan qüvvələrinə tapşırıb.

Ziba Yusifova