Azərbaycanda kütləvi zəhərlənmə halı

17 İyul 2012 13:00 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, İsmayıllıda altı nəfər qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 15-də İsmayıllı rayonu Qoşakənd kəndində qeydə alınıb. Kənd sakinləri Mükafat Qədirov, Gülsabah Əliyeva, onlara qonaq gələn qonaqlar - Bakı şəhər sakinləri Aygün Nağıyeva, Nailə Nağıyeva və İsmayıl İsmayılov qarpızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az