Kəsilən ayağından lampa düzəltdi

30 Sentyabr 2014 17:19 (UTC+04:00)

Hollandiyanın Spijkenisse qəsəbəsində yaşayan Leo Bonten adlı bir şəxs xəstəxanada kəsilən ayağından lampa edüzəldərək 78 min sterlinqə satışa çıxarıb. NRC Readerin xəbərinə görə, 53 yaşındakı Leo Bontenin qırılan qıçı səhv müalicə nəticəsində infeksiya qapdığı üçün kəsilib. Movqe.az xəbər verir ki, Bonten sığortadan alacağı pulun ancaq sadə bir protez qıça bəs edəcəyini düşünərək, daha inkişaf etmiş bir protez üçün kəsilən ayağından lampa edib bir milyonerə satmağa qərar verib. 


Patoloq Frank Van də Goot və dizayner Uiillem Schaperkotterin köməyi ilə kəsik ayağından lampa düzəldən Bonten, lampasını təxminən 78 min sterlinqə satışa çıxarıb.