Putin Annan missiyasını dəstəkləyir

17 İyul 2012 13:22 (UTC+04:00)

Movqe.az xəbər verir ki, hər gün onlarla insanın həlak olduğu Suriyada problemin həllinə istiqamətli işlərdə Moskva mərkəz rolunu oynayır.  BMT Təhlükəsizlik Şurasında hərbi müdaxiləyə imkan verən 7-ci  maddəni ratifikasiya etməyəcəyini açıqlayan Rusiya müxalif şəxslərdən  sonra, indi də BMT Təhlükəsizlik Şurası xüsusi nümayəndəsi Kofi Annanı qonaq edib. Annan ilk olaraq axşam saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Axşam yeməyi olaraq reallaşan Annan-Lavrov görüşündə 21 iyulda müddəti bitəcək BMT müşahidəçilərinin müddətinin 90 gün daha uzadılması, xarici hərbi müdaxiləyə yol aça biləcək 7-ci maddə və bənzəri hər hansı bir addıma icazə verilməməsi, Suriya müxalifəti ilə təmasın davam etdirilməsi məsələlərinin müzakirə edildiyi bildirilib. Annanın Moskva təmaslarında əhəmiyyətli görüşü isə sabah reallaşacaq. Rusiya prezidenti Vladimir Putin görüş əvvəli Annanın missiyasına tam dəstək mesajı göndərib. Kremlin mətbuat mərkəzindən verilən şərhdə 14 apreldə BMT Təhlükəsizlik Şurasında qəbul edilən qərar çərçivəsində Annan sülh missiyasına və 30 iyunda Cenevrədə Suriya böhranının həllinə istiqamətli nazirlər yığıncağında alınan qərarlara Rusiyanın dəstəyinin davam edəcəyi ifadə edilib.