Sudanda hərbi vertolyot qəzaya uğradı

17 İyul 2012 13:25 (UTC+04:00)
Movqe.Az bildirir ki, Sudanın qərbində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 7 əsgər dünyasını dəyişib.

Sudan rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, vertolyot Darfur bölgəsinin qərbində təkrar uçuş etdiyi zaman texniki bir qəza səbəbiylə qəzaya uğrayıb. Qəzada 7 zabitin öldüyü, 2 əsgərin yaralandığı qeyd edilib. Darfurda 2003-cü ildə başlayan qarşıdurmalarda Birləşmiş Millətlərə görə ən az 300 min adam dünyasını dəyişib.