Ərdoğandan Suriyaya sərt reaksiya
13 Aprel 2012 20:58 (UTC+04:00)
Türkiyənin Baş naziri Receb Tayyip Ərdoğan Çinin təmasları
əsnasında Suriyadakı son vəziyyəti qiymətləndirib. Ərdoğan, Türkiyə
sərhədindəki son qarşıdurmalarla əlaqədar "Sərhəd pozuntusu açıq və
dəqiq şəkildə meydana gəlmişdir" deyib.
Pekində mətbuat konfransında sərhəd pozuntusu ilə bağlı Ərdoğan
bildirib ki, "Fərqliliyə doğru addım atacağıq. Fəqliliyə olan
qəsdimiz düşünmək istəmədiyimizdir, oraya getməkdir".
Ərdoğan, "Bizi buna məcbur etsə Suriya rejimi məcbur edər. Məcbur
etməməsi üçün də atılması lazım olan addımı Suriya atmalıdır"
ifadələrini söyləyib.
Türkiyənin məqsədinin axan qanı dayandırmaq olduğunu bildirən
Ərdoğan, BMT Təhlükəsizlik Şurasını Suriya mövzusunda yeni bir
paket dövrəyə qoymasına çağırıb, Suriya mövzusundakı əsli vəzifənin
BMT olduğunu söyləyib.
Baş nazir Ərdoğan Türkiyədə olan Suriyalıların sayının 25 minə
qədər olduğunu bildirərək deyib ki : "Biz qapımızı qaçqınlara
bağlaya bilmərik. Onlar Türkiyəyə xilaskar gözüylə baxırlar".
"Türkiyə üçün tənhalaşır demək doğru olmaz.", deyən Baş nazir,
Çinin və Rusiyanın da Suriya mövzusundakı fikirlərində dəyişiklik
olduğunu qeyd edib.
Ziba Yusifova