"Bakıelektrikşəbəkə” Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

30 Sentyabr 2014 19:00 (UTC+04:00)

"Bakıelektrikşəbəkə" ASC müqəddəs Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.


Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzərTAc-a bildirib ki, bayram günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək qəza hadisələrinin qarşısının operativ surətdə alınması üçün zəruri tədbirlər görüləcək.


T.Mustafayevin qeyd edib ki, bu məqsədlə əlaqədar strukturlara tapşırıqlar verilib və işçi qrupları ayrılıb. Yarana biləcək hər hansı problemlə bağlı "199" - Qəza Xidməti"nə məlumat vermək olar.