Əməkdar artist əməliyyat olunması xəbərini yalandan təkzib etdi !

1 Oktyabr 2014 13:00 (UTC+04:00)
Əməkdar artist Nüşabə Ələsgərli maraqlı açıqlama verib. Mövqe.az xəbər verir ki, müğənni "Günaydın" verlişinə qonaq olan zaman aparıcının sualına qeyri-səmimi cavab verib. Aparıcı Vüsalə Kərimovanın "Əməliyyat etdirmisinizmi" sualına ifaçı belə cavab verib: " Xeyr. Əməliyyat etdirməmişəm. Ancaq ola bilər. Sadəcə əməliyyatdan çox qorxuram. Ancaq sifətimdə gəzişmələr olub". 


Xatırladaq ki, bir müddət əvvəl Nüşabə Ələsgərli özü və plastik-cərrahı Səbahəddin Kanda müğənninin uğurlu əməliyyat etdiyini canlı efirdə açıqlamışdılar. Həkim Nüşabə xanımın gözətrafına bəzi müdaxilələr edildiyini, göz qapaqlarında əməliyyat olunduğunu və bir də Nüşabə Ələsgərlinin ayağında liposaksiya edildiyini açıqlamışdı. N. Ələsgərli özü də bunu canlı yayıma telefonla bağlanaraq təsdiq etmişdi.