Azərbaycanda iki avtomobil yandı

1 Oktyabr 2014 11:55 (UTC+04:00)

Movqe.az xəbər verir ki, yanğın hadisəsindən biri Cəlilabad rayonunda baş verib.

Belə ki, rayon mərkəzindən 14 km aralıda yerləşən Uzuntəpə kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


İkinci yanğın hadisəsi Sabunçu rayonunda qeydə alınıb.


Vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.