"Iron man 3"-ün çəkilişləri başladı

17 İyul 2012 14:04 (UTC+04:00)
Movqe.Az bildirir ki,  2013-cü ilin may ayında nümayiş olunacağı planlanan "Iron Man 3" ün çəkilişləri başlanıb. "Marvel Studios" rekord qıran "Qisasçılar" (The Avengers) filmindən sonra maraqla gözlənilən "Iron Man 3"' ün çəkilişlərinə Şimali Karolinada başlayıb. Şeyn Blakın rejissorluğu altında filmin çəkilişləri Mayami, Florida və Çində davam ediləcək.