Bu da OnePlus 2!

1 Oktyabr 2014 18:06 (UTC+04:00)

OnePlus komandası, yeni telefonlarının yolda olduğunu dünən Reddit-də bildirib. Ask Me Anything (AMA) yoluyla suallara cavab verən OnePlus komandası, OnePlus One-ın sələfi OnePlus Two-un 2015-ci ilin üçüncü rübündə gələcəyinin xəbərini verib. Yəni Çin mərkəzli firmanın yeni telefonu, aprel-sentyabr arasındakı bir tarixdə tanıdılacaq. Movqe.az xəbər verir ki, komanda, yeni telefonun axtarış mühərriki Google-ın yeni mobil əməliyyat sistemi Android L ilə gələcəyinin də ilk ismarıclarını verib.