Azərbaycanda hava şəraiti yenidən pisləşəcək, güclü şimal küləyi əsəcək

1 Oktyabr 2014 21:33 (UTC+04:00)
Sabah Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, yağış yağacaq, güclü şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 20-23, axşama doğru isə 15-17 dərəcə olacaq. Azərbaycan sinoptikləri xəbərdarlıq edib ki, oktyabrın 2-də bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənək.

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq. Qərb küləyi arabir güclənəcək.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 18-23, dağlarda gecə 2-5, gündüz 7-12 dərəcə isti olacaq.