Cəmil Həsənlinin qızı avtomobillə 86 yaşlı piyadanı vurub

2 Oktyabr 2014 16:18 (UTC+04:00)

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli yol qəzası törədib.

Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli təxminən 10 gün bundan əvvəl günorta vaxtı Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub.

O, vurduğu qadını xəstəxanaya aparsa da, məsuliyyətdən yayınmağa cəhd edib və qadının yolda yıxıldığını görüb xəstəxanaya gətirdiyini bildirib. Lakin bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra məsələ araşdırılıb. Məlum olub ki, əslində Günel Həsənli tərəfindən yol-nəqliyyat hadisəsi törədilib və nəticədə 86 yaşlı qadın ağır bədən xəsarəti alıb.

Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir.