Amerikanın tarixindəki ən böyük təbii fəlakət

17 İyul 2012 16:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerika Birləşmiş Ştatlarının üçdə ikisi quraqlıq dövrü yaşamaqdadır. Artıq 26 əyalətdə yaşanan quraqlıq ölkə tarixinin ən böyük təbii fəlakəti olaraq qeydə alınıb. Göl və çayların suyu quruyarkən mindən çox bölgədə təbii fəlakət elan edilib. Xüsusilə orta-qərb əyalətlərində quraqlıq son 55 ildir görülməmiş ölçülərə çatır. Bu ştatlarda məhsulun 60 faizdən çoxu zərər görmüş vəziyyətdədir.

Bu məhsullar heyvan yemləri də olduğu üçün çətinliyin ölçülərinin böyüməsindən narahatlıq edilir.

Quraqlığın səbəbinin Böyük Okeanda müşahidə edilən dəniz səthi istiliyini azaldan La Nina iqlim hərəkətinin

xüsusiyyətləri olduğu yazılır. Yağış buludlarının ölkənin cənubuna çatmadan şimala yönəlməsinə gətirib çıxaran La Nina təsiri qlobal istiləşməyə gətirib çıxarır.