Mehriban Əliyeva övladlarından danışdı - FOTO

2 Oktyabr 2014 23:11 (UTC+04:00)

Ölkənin Birinci xanımı, millət vəkili Mehriban Əliyevanın bu sözlərini qızı Arzu Əliyeva öz İnstagram səhifəsində paylaşıb. 


"Leyla anadan olanda mənim 19 yaşım var idi və mən heç vaxt bu erkən analığın mənə bəxş etdiyi o böyük sevinci unutmayacam. Mənim həyatımı təşkil edən ən vacib amil mənim övladlarımdır. Mən üç uşaq anasıyam. Onların həyatına aid olan hər bir şey - uğur və nailiyyətləri, problem və narahatlıqları mənə yaxın və əzizdir. Heydərin üzgüçülük dərslərində daha 100 metrin öhdəsindən gəlməsi, Arzunun uğurla imtahan verib magistraturaya qəbul olması və Leylanın fəal surətdə ictimai fəaliyyətlə məşğul olması mənim üçün eyni dərəcədə vacibdir. Onların öz problemlərini mənimlə bölüşməkləri və fərqli həyati vəziyyətlərdə məndən məsləhət almaları məni sevindirir. Lakin mən heç vaxt öz fikirlərimi onlara diktə etmirəm. Mən onların şəxsi işlərinə hörmət edirəm və onlara həmişə seçim haqqı verməyə çalışıram. Mənim hüdudsuz sevgimə baxmayaraq bu, onların həyatıdır və o həyatı onlar müstəqil şəkildə qurmalıdırlar"