99 yaşlı bərbər

17 İyul 2012 16:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, İşləyən dəmir paslanmır, sevdiyi işi edən çalışqan insan da asanlıqla yaşlanmır. Cing Kuinin 99 yaşı var və hələ də bərbərlik edir. Bərbərlik ləvazimatları ilə tanış olmasından düz 80 il keçib artıq. İçindəki peşə sevgisi və işləmək istəyi heç bitməyib. Hər səhər həvəslə hazırlanıb bərbərxanasına gedir. Səhərdən axşama qədər diqqətlə müştərilərinin saç-saqqalını təraş edir. Müştərilər də xidmətdən məmnun qalır və heç biri başqa bir ünvana getməyi düşünmür.

Yaxın zamanlarda 100 yaşını qeyd edəcək olan Kuinin sağlamlığında heç bir problem yoxdur, gözləri görür, qulaqları eşidir və ən əhəmiyyətlisi də işini görərkən əlləri titrəmir.