Hətta "iPhone" almaq istəyən bir cütlük 3 uşağını satışa çıxarıb
Hər yeni modeli çıxdığı gün dünyanın gündəmini müəyyən edən
"iPhone" telefonlarından almaq üçün insanların baş vurduğu
dəliliklərə inanmayacaqsınız. Bakirəliyini satışa çıxaran kim,
uşaqlarını satmaq istəyən kim...
Gecce.az ailem.az-a istinadən "iPhone" üçün edilən çılğınlıqları
təqdim edir.
Çində "iPhone" almaq istəyən bir cütlük 6 uşağından 3-nü satışa
çıxarıb.
Çinli bir gənc 2011-ci ildə "iPhone" almaq üçün böyrəyini satmışdı.
Böyrəyi üçün dediyi puldan bir az da artıq alan gənc, "İphone"la
yanaşı, özünə "iPad" də ala bilmişdi.
Songijang universitetində oxuyan bir gənc "iPhone 6" üçün
sevgilisini satışa çıxarmışdı.
Bəzi qadınlar müxtəlif internet saytlarında "iPhone" qarşılığında
seks təklif edirlər.
2013-cü ildə ABŞ-da 3 milyon "iPhone" oğurlanıb.
Çində bir qadın yeni "iPhone 4" almaq üçün bakirəliyini satışa
çıxarmışdı.
"iPhone 6"ya sahib olan ilk insanlar sırasında olmaq istədiyi üçün
"Apple" mağazasının qarşısında 22 gün əvvəldən yatmağa başlayan
gənc hər kəsi təəccübləndirmişdi.
Adı açıqlanmayan bir iş adamı sıraya girib ona "iPhone" ala bilməsi
üçün ABŞ-da bir çox evsizi pul qarşılığında sıraya salmışdı.