Tanınmış prodüsser yenidən idmana "start" dedi
3 Oktyabr 2014 12:18 (UTC+04:00)
Ötən gün ölkənin "Number 1" prodüsseri adı alan Təranə Səmədova
yenidən idmana başlayıb. Mövqe.az xəbər verir ki, 4 aydır idmanı
buraxan prodüsser bir neçə kilo artıq çəki alıb. Yenidən sevimli
məşqçisi Ceyhun Vəliyevlə bir arada idmana "start" deyən prodüsser
fikirlərini Mövqe.az-la bölüşüb: " 4 aylıq aradan sonra mənə
idmanı həqiqi mənada sevdirən, sevimli məşqçimlə bir aradayam.
Artıq idmana davam deyirəm. Yenidən arıqlamaq üçün mütamadi
məşqlərimə başlayıram".