Natəvan Həbibi Aygün Kazımovaya, Tolik və Zorikə məhkəmədə ...

3 Oktyabr 2014 14:00 (UTC+04:00)
Müğənni Natəvan Həbibi xalq artisti Aygün Kazımovaya, prodüsserlər Tolik və Zorikə məhkəmədə qalib gəlib. Mövqe.az xəbər verir ki, müğənni bu barədə özü məlumat verib: " Haqq həmişə qalib gəlir, deyirlər. Bu məhkəmə prosesində bir daha təsdiqləndi. İndiyənə kimi adlarını dilimə gətirmədiyim şəxslərə - Aygün Kazımovaya, Tolik və Zorikə  məhkəmədə qalib gəlmə xəbərimi vəkilim söylədi. Mən susmuşdum qanun danışsın bu da son qərar. İndi onlar atdıqları şər-böhtana görə, qanun qarşısında cavab verəcəklər".