"Qardaş, mən bura pomidor almağa gəlmişəm"- Ədalət Şükürov
3 Oktyabr 2014 17:38 (UTC+04:00)
Tanınmış müğənni Ədalət Şükürov maraqlı açıqlaması ilə hər kəsi
heyrətləndirib. Mövqe.az xəbər verir ki, "ATV maqazin" verlişinin
qonağı olan ifaçı bəzən çox əsəbləşdiyini, hər şeydən bezdiyini
dilə gətirib. İfaçını bezdirən isə şou-biznesdə dalaşan müğənnilər
barədə ona ünvanlanan suallar olub: " Bazara gedirsən soruşurlar
filankəs niyə filankəsə belə dedi" deyirəm, qardaş mən bura pomidor
almağa gəlmişəm. Ya ki, qonşular üzbəüz gələndə deyirlər ki, filan
müğənni niyə o birini söydü, təhqir etdi. Əsəbləşirəm. Məni belə
suallar narahat edir, cavab verməkdən bezirəm".